Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Şəhər və rayonlar
Culfa şəhəri
Culfa rayonu Naxçıvan şəhərindən şərqdə yerləşir. Rayonun ən uca nöqtəsi Dəmirlidağ dağıdır (hündürlüyü 3364 metr). Burada yay çox isti və quraqlıq, qış isə soyuq keçir. Yanvar ayında orta temperatur -10 C -dən -3 C-yə qədər, iyul ayında isə +19 C-dən +28 C-ə qədər olur. İlk yağıntının miqdarı 200 - 600 mm olur. Rayon ərazisi boyunca Əlincə və Qaradərə çayları, İran sərhədi boyunca Araz çayı axır. Dağlardakı meşə massivlərində palıd, qayın və vələs ağacları geniş yayılmışdır. Culfa rayonun faunasında canavara,tülküyə, dovşana və başqa heyvanlara rast gəlmək olar. Culfa rayonun inzibati mərkəzi Culfa şəhəri Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Vaxtilə bu şəhər İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları üzərində yerləşdiyi üçün çox böyük iqtisadi və mədəni əhəmiyyətə malik idi. Culfadan bir qədər qərbdə, Araz çayının sahilində ən geci XIII əsrdə tikilmiş karvansaranın xarabaları qalmışdır. Uzunluğu 37 metr təşkil edən karvansara Azərbaycan ərazisində qeydə alınmış karvansaraların ən irisi olunmuşdur. Karvansaradan bir qədər aralıda XIV əsrə aid körpünün qalıqları diqqəti cəlb edir. Bu körpü XIV əsrin əvvəllərində Naxçıvan hökmdarı Hakim Ziyaəddin tərəfindən tikilmişdir. Çuqa kəndi yaxınlığında, kiçik yaşlı vadidə yerləşən Gülüstan məqbərəsi XIII əsrə aiddir. Dər kəndi yaxınlığındakı düzənlikdə üç kiçik məqbərənin xarabaları qalmışdır. Bu məqbərələrin birində mərkəzi mövqe tutmuş qülləli məqbərə (XV əsr) ciddi zədələnmiş halda olsa da zəmanəmizə qədər qalmışdır. Başqa abidələrdən Xanağa kəndində Əlinsaqalanı (XII-XIII əsrlər), əlincəçay xanəgahını (XII-XIII əsrlər), Qazançı kəndində körpünü (1551-ci il), hamamı (XVII əsr), məscidi (XIX əsr) göstərmək olar. Culfadan şimal-şərq tərəfdə Darıdağın cənub yamaclarında eyni adlı mineral su mənbəyi var. Burada hər gün tərkibində müxtəlif mineral duzlar olan 500.000 litr mineral su çıxarılır. Ümumiyyətlə Culfada 40-dan çox bulaq var. Harada qalmaq olar «Araz» mehmanxanası Tel. 6 18 07 və dəmir yol vağzalı nəzdində olan mehmanxana daim fəaliyyət göstərir. Harada nahar etmək olar «Araz» Tel. 6 03 51, «Gülüstan» restoranları, «Eldar» kafesi Tel. 6 02 16 özünəməxsus ləziz yeməklər və xidmətləri ilə tanınır.