Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Şəhər və rayonlar
Babək şəhəri
Babək rayonu Naxçıvan Muxtar Respublikası mərkəzi hissəsində yerləşir. Rayon şimaldan Ermənistanla, cənubdan İranla həmsərhəddir. Rayonun şimalında və cənub-şərqinə relyef dağlıq, cənubunda və cənub-qərbində isə ovalıqdır. Rayondakı ən hündür nöqtələr Keçəltəpə (2740 metr), Qaraquş (2617 metr) və Buzqov dağlarıdır (2470 metr). Babək rayonu ərazisində daş duzu və tikinti materialları yataqları, Sirab, Vayxır, qaxab və başqa mineral su bulaqları vardır. Burada yay çox isti, qış isə soyuq keçir. Yanvarda havanın orta temperaturu -3 C-dən -10 C-yə qədər, iyulda isə +28 C-dən +35 C-yə qədər dəyişir. Burada ildə 200-600 mm yağıntı düşür. Culfanın əsas çayları bunlardır: rayon ərazisini iki hisəyə bölən Naxçıvançay və onun qolu olan Çəhriçay. Bu çayların sularından suvarma məqsədilə istifadə edilir. Araz çayı İran sərhədi boyunca axır. Babək rayonunda Araz, Uzunoba, Nehrəm, Sirab və başqa su anbarları vardır. Heyvanat aləmi əsasən tülkü, canavar, kirpi, ərəbdovşanı və başqa henyvanlarla səciyyəvidir. Rayonun inzibati mərkəzi olan Babək şəhəri 1978-ci ilə qədər Təzəkənd adlanırdı. Rayonun iqtisadiyyatında üzümçülük, taxılçılıq, bostançılıq, tərəvəzçilik və heyvandarlıq mühüm yer tutur. Bundan əlavə daş hasilatı, üzüm emalı, qida məhsulları istehsalı da inkişaf etmişdir, Rayonun təbii və cöğrafi şəratiti lap qədim dövrlərdən əkinçilik və maldarlıqla məşğul olan qəbilələri buraya cəlb edirdi. Təsadüfi deyildir ki, bütün dünyada məşhur olan Gültəpə - 1 və Gültəpə - 2 abidələri bu ərazidə yerləşir. Burada həmçinin Çalxanqala, Vayxir, Əznəburt, Abasabad kimi memarlıq abidələri qorunub saxlanmışdır. Harada qalmaq olar «Qartal» mehmanxanasında qalan hər bir kəs özünü rahat və sabit hiss edir. Harada nahar etmək olar «Babaşqan» restoranı lazımi səviyyədə iaşə xidmətləri göstərir.