Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Şəhər və rayonlar
Sabirabad şəhəri
Sabirabad rayonu Mil düzündə yerləşir. Kür və Araz çayları bu rayonun qərb sərhəddində qovuşur. Rayonun iqlimi mülayimdir. Yayda burada havanın temperaturu +38 C-dən +3 C-yə qədər olur. Sabirabadda nar, əncir, böyürtkən, üzüm boldur, lakin Sabirabadı xüsusilə məşhurlaşdıran burada yetişdirilən şirin qarpızlar olub. Rayonda kənd təsərrüfatı fəaliyətinin əsas növləri pambçılıq, heyvandarlıq, üzümçülük və taxılçılıqdır. Kür çayı boyunca tuğay meşələri uzanıb gedir. Rayon mərkəzindən 28 km aralıda yerləşən Sarısu ovçuluq və balıq ovu ilə məşğul olmaq üçün şərait var. Rayonun inzibati mərkəzi Sabirabad şəhəri şair Mirzə Ələkbər Sabirin şərəfinə bu cür adlanmışdır. Şəhərdə diyarşünaslıq muzeyi var. Kür və Araz çaylarının qovuşduğu yerə, meşəlik ekskursiyalar təşkil edilir. Rayonda xalçaçılıq, ağac və metal üzərində oyma vəsandıq düzəldilməsi kimi ənənəvi xalq sənətləri davam etdirilir. Rayonun ərazisində Suqovuşan, Sorra, Qalaqayın, Cavad, Sarısu, Səhərgah şəhər xarabalıqları, Sura, Qaratəpə, Muqbil, Qaraqaşlı, Bulaqlı, Kürkəndi, Caval nekropolları, Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastı qobu yaşayış yerləri. Tarixi abidələrdən Şıxlar kəndindəki Baba Səmid türbəsi (XIV əsr) və Sabirabad şəhərində 1900-cü ildə tikilmiş hamam qorunub saxlanmışdır. Harada qalmaq olar «Gülüstan» mehmanxanasında (qiyməti 15.000 - 20.000 manat) Tel. 5 15 19, «Aysel» və «Çənlibel» Tel. (50) 315 78 09 motellərində yüksək xidmət göstərilir. Harada nahar etmək olar «Araz» Tel. 5 15 80, qaralar kəndində «Kür» Tel. (55) 786 75 78, Bulaqlı kəndində «Dostluq» Tel. (50) 310 02 49, Qalaqayın kəndində «Elvin» Tel. 5 33 64 restoranları əhaliyə yüksək səviyyədə xidmət göstərir.