Gəncə şəhərində bitişik olan Samux rayonu şimaldan Gürcüstanla həmsərhəddir. Vaxtilə bu rayonun ərazisi Qafqaz Albaniya dövlətinin tərkibində olmuşdur. «Samux» sözü qədim alban dilində «ov üçün meşəlik yer» kimi tərcümə edilə bilər. XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri olmuşdur. O vaxtlar Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabıorrı vadiləri arasında Kür çayının sahilindəki ərazini tuturdu.
Samuxun kurqanları çox məşhurdur. Diametri 10-20 m, hündürlüyü 1-1,5 m olan Nəbiağalı kurqanları daha çox seçilir. Bu kurqanların yaranma tarixi tunc dövrünün sonuna və daş dövrünün başlanğıcına aid edilir.
Rayon subtropik iqlim şəraitinə malikdir. Burada havanın temperaturu yayda +30 C-dək, qışda 0 C-dən -10 C-dək dəyişir. Gəncəçay, Qarıx, Qabırn çayları rayonun ərazisindən axır. Bu çayların ətrafı balıq və heyvan ovu üçün çox münasibdir. Sərkar kəndində Zəhrə bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Nəbiağlı kəndindəki Xırmansuyu bulağının suyu kükürdlüdür.
Rayonda yaşı yüzliklərlə ölçülən unikal təbii abidələr - çinar ağacları var. Bu ağaclardan birinin yaşı 1200-1300 ildir. Ağacın gövdəsində nal izinə oxşar izlər var. El arasında Düldül adı ilə məşhur olan bu ağac İmam Əlinin atının adı ilə belə adlanır. İndi bura ziyarətgahdır. Yerli sakinlər buraya gəlib nəzir verirlər.
Rayonun ərazisində «Göy-göl» quruğunun filialı - «Eldar şamı», qoruğu yerləşir. Bu qoruq məşhur Eldar şamı ağacının qorunub saxlanması və öyrənilməsi məqsədilə yaradılmışdır. Bura dünyada yeganə yerdir ki, quraqlığa və şoranlığa davamlı Eldar şamı təbii şəraitdə meşə halında bitmişdir. Qoruğun şimal-şərqindəki dağda məşhur «Krorğlu qalası» qülləsi, həmin qüllənin yaxınlığında isə müalicəvi əhəmiyyətə malik olan bulaq var. Rayondakı memarlıq abidələri arasında hündürlüyü 12 m olan İmamzadə türbəsi (VIII əsr) diqqəti cəlb edir.
Harada qalmaq olar
Samux rayonu Gəncə şəhərinə yaxın olduğu üçün orada mehmanxana, qonaq evi fəaliyyət göstərir.
Harada nahar etmək olar
Restoran «Kür» qonaqlara öz xidmətini təklif edir. Tel 6 19 02.