Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. Bu şəhər Gəncə-Qazax ovalığında, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın tarixində mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişdiyi yerdə salınmışdır. Yolçular burada dayanıb dincəlir, əcnəbi alimlər bir-biri ilə söhbət edirdilər. Gəncənin zəngin tarixinin səhifələrini vərəqlədikcə bu tarixin hər bir sətrində qədim şəhərin izlərinə rast gəlir, onun səsini eşidir, nəfəsini duyuruq. Gəncənin yaranma tarixi barədə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər bu şəhərin eramızdan əvvəl yaranmasını, digərləri isə onun əsasının erkən orta əsrlər dövründə qoyulmasını iddia edirlər. Gəncənin yaşı barədə fikir söyləmək üçün Jomərd Qəssab məqbərəsini dəlil hesab etmək olar. Bu şəxs xəlfə Əli İbn Əbütalibin hakimiyyəti dövründə (656-661-ci illər) yaşamış, ədalətli və namuslu olması ilə çoxlarından seçilmişdir. Gəncə sakinləri qütpərəst olduğu dövrdə Jomərd Qəssab onlardan xəbərsiz İslam dinini qəbul etmişdir. X əsrdən başlayaraq Bərdə Arranın paytaxtı rolunu itirəndə Gəncə ölkənin ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Ticarət və sənətkarlıq bu şəhərin həyatında mühüm yer tuturdu. Buruda sənətkarlığın inkişafı üçün münasib iqtisadi potensial vardır. Gəncənin yaxınlığında dəmir, mis və başqa filiz yataqları sənətkarları xammalla təchiz edirdi. Gəncə ölkənin paytaxtı kimi formalaşdıqca şəhərin hərbi qüdrətinin artırılmasına da xüsusi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, xəndəklər qazılmışdır. Möhtəşəm Gəncə qalası hələ o dövrdə mövcud idi. I Fədlunun hakimiyyətində olduğu dövrdə Gəncə dəhə də böyümüş, möhkəmlənmişdi. Bu dövrdə şəhərdə yeni saraylar, körpülər, karvansaralar tikilmiş, pul zərb edilməyə başlamışdır. 1060-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazasını düzəltdi. Gəncə iri mərkəzə çevrildikdə onun iqtisadiyyatı və mədəniyyəti də inkişaf edirdi. Gəncə ipəyi və bu ipəkdən hazırlanan məmulatlar nəinki yerli bazarlarda, həmçinin xarici bazarlarda da alıcıların rəğbətini qazanmışdır. Gəncə həm də dini mərkəz hesab edilirdi. 1139-cu il sentyabrın 25-də Gəncə ətrafında dəhşətli bir zəlzələ baş verdi. Həmin zəlzələdən sonra bu ərazidə 8 gözəl göl yarandı. Bu göllərdən biri - gözəlliyi və insani məftun edən Göy - göl, haqlı olaraq Azərbaycanın incisi sayılır. Hazırda eyni adlı qoruğun ərazisində Göy - göl Azərbaycanın ən mənzərəli yerlərindən biridir. XII - XIII əsrlərdə Gəncə Atabəylər dövlətinin ikinci paytaxtı olmuşdur. Bu dövrü Gəncənin çiçəklənmə dövrü adlandırmaq olar. Gəncədə istehsal edilən mallar ölkənin hüdudlarından çox-çox kənarda da məşhurlaşdığına görə bu şəhər «Arran şəhərlərinin anası» səviyyəsinə yüksəlmişdir. Bu şəhərdə «Gəncə ipəyi» adlı parça qonşu dövlətlərin və Orta Şərq ölkələrinin bazalarında çox yüksək qiymətləndirilirdi. XVIII əsrdə Gəncə xanlığı yarandı. Bu xanlıq XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən işğal edilənə qədər mövcud olmuşdur. Rusiya imperiyasının tərkibinə daxil ediləndən sonra Gəncənin adını dəyişdirib Yelizavetpol qoydular. Sovet dövründə bu şəhərin adını bir dəfə də dəyişdirilib Kirovabad adlandı. Yalnız 1989-cu ildə Gəncənin tarixi adı ona qaytarıldı. Dahi Nizaminin, şairə Məshəti - xanımın, Mirzə Şəfi Vazehin vətəni, qədim mədəniyyətə malik olan gəncə şəhərində çoxsaylı memarlıq abidələri var. Onlardan biri Gəncənin Jümə məscididir. Görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazeh Jümə məscidinin nəzdindəki mədrəsədə dərs demişdir. Şeyx İbrahim məqbərəsi də öz ilkin gözəlliyini qoruyub saxlanmışdır. Şəhərdə daha bir neçə qədim məscid var: Qızılhacılı məscidi, Ozan, Balabağbanlı, Şərəfxanlı, Şahsevən və başqa məscidlər. Qədim memarlıq abidələri arasında aşağdakıları qeyd edə bilərik: böyük və kiçik körpülər (XII əsr), Darısultan sarayı (XII əsr), qüllələr, mədrəsə, hamalar, karvansaralar və İmamzadə tikililər kompleksi (XVI əsr). Göy günbəzli bu gözəl bina İmam Bəcirə ibn İbrahimin məqbərəsi kimi tikilmişdir. Azərbaycan Demokratik Respublikasının ilk parlamentinin binası da maraq doğurur. Hazırda bu binanın qarşısında böyük şəhər parkı salınmışdır. XVI əsrə aid qala divarlarının qalıqları da buradadır. Şəhər hamamlarının diqqəti cəlb edən günbəzləri uzaqdan seçilir. Onların yaxınlığında Javad xanın məzarı yerləşir. Qədim abidələrdən biri də Aleksandr Nevski kilsəsidir (indi həmin binada kukla teatrı yerləşir). Yerli sənətkarların möcüzəsi sayılan 2 mərtəbəli butulka-ev böyük marağa səbəb olur. Bu binanın tikilməsi üçün 50.000 şüşə butulkadan istifadə edilmişdir. II dünya müharibəsində həlak olmuş ailə üzvünün portreti binanın bədii tərtibatının bir hissəsidir. Gəncənin mərkəzindən 6 km şərqdə qədim Gəncənin xarabalıqları qalmışdır. Şəhərin tarix muzeyi və akademiya muzeyi Gəncənin tarixi inkişaf yolundan söhbət açır. Gəncəyə getmək və dahi şair Nizaminin məqbərəsini ziyarət etməmək heç cür mümkün deyil. Mərmərdən düzəldilmiş bu monumental abidənin hündürlüyü 20 m-dir. Abidənin arxa tərəfində metaldan tökülmüş fiqurlarda Nizami əsərlərindən ayrı-ayrı sucetlər təsvir edilir. Gəncədəki şəhər muzeyi, təsviri sənət qaleriyası və poeziya teatrı Nizaminin adını daşıyır. Gəncə yaxınlığındakı filiz yataqlarından çıxarılan faydalı qazıntılar bu şəhərin metalurgiya sənayesi müəssisələrini xammalla təchiz edir. Şəhərdə çini qablar istehsalı, ipəkçilik, kənd təssüfatı məhsullarının emalı, araq-şərab və qənnadı məhsulları istehsalı, mebel sənayesi yaxşı inkişaf etmişdir. Gəncə xalçaları Azərbaycanda yüksək qiymətləndirilir. Gəncədə Kənd Təsərrüfatı Universiteti, eksperimental kənd təsərrüfatı stansiyası və elmi-tədqiqat pambıqçılıq institutu fəaliyyət göstərir. Bu yaxınlarda Gəncədə müasir tələblər səviyyəsində Olimpiya İdman mərkəzi açılmışdır. Gəncədən 25 km cənubda, Murovdağın şimal yamaclarında, dəniz səviyyəsindən 1566 m yüksəklikdə gözəl Göy-göl yerləşir. Bu yerlərin nadir təbiətini, flora və faunasını qoruyubsaxlamaq məqsədilə 1965-ci ildə Göy-göl qoruğu yaradılmışdır. Qoruğun ərazisində təbiət muzeyi var. Bu gölün ətrafındakı Hacıkənd kurort zonası yay vaxtı sevimli istirahət yeridir. Hacıkənddə bir neçə turist bazası, istirahət evi və pansionat fəaliyyət göstərir. Turist marşarutlarından bir neçəsi bu yerlərdən keçir. Gəncədən 45 km aralıqda yerləşən Maral-göl də çoxlarının istirahət yeridir. Harada qalmaq olar «Gəncə» mehmanxanası Tel. 56 45 41, «Kəpəz» mehmanxanası Tel. 56 61 07 turistlərin yolunu gözləyir. Harada nahar etmək olar «Elnur», «Qaya», «Kür-Xəzər», «Planet», «Kəpəz», «Gənclik», «Göy-göl», «Gəncə» restoranlarında yüksək ixtisaslı aşpazların hazırladıqları ləziz milli xörəklərdən dadmaq olar.