Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Rayon dağlıq relyefə malikdir. Şahbuz ərazisindəki ən uca nöqtələr Salvartı (3160 metr), Keçəldağ (3115 metr) və Küküldağ (3120 metr) dağlarıdır. Biçənək dağ aşırımı da bu rayonun ərazisindədir. Şahbuz rayonunda faydalı qazıntı yataqları: kükürd, torf və tikinti materialları yataqları vardır. Şahbuzda məşhur mineral su bulaqları çoxdur: Badamlı, Biçənək, Batabat, Karvansara və s. İqlim: yayada isti, qışda soyuq.
Rayonun ərazisi və Naxçıvançay və ounun qolları - Salvartı, Kükü, Şahbuz və başqa çaylar axır. Batabat, Qanlıgöl və başqa göllər bu rayona aiddir. Dağ meşələrində palıd, fıstıq və vələs ağacları bitir. Heyvanat aləmi ayı, dağ keçisi, çöl pişiyi, qaban, canavar, tülkü və başqa heyvanlarla təmsil olunur.
Rayonun inzibati mərkəzi Şahbuz şəhəridir. Bu şəhərin yaxınlığında qədim insan məskənləri tapmışdır. Daş divarda çapılmış qeyri-adi yaşayış yeri 4 otaqdan və bir eyvandan ibarətdir. Şahbuz sakinləri buranı «fərhadın evi» adlandırır. Bu ad Nizami Gəncəvinin poemasının məşhur qəhrəmanı, öz sevgilisi Şirinə su vermək üçün qayalı dağları çapıb kanal çəkmiş Fərhadın adı ilə bağlıdır. Başqa bir yerdə arxeoloqlar vaxtilə o yerin hökmdarının şərəfinə «Şahpur qalası» adlanan qüdrətli bir tikilinin qalıqlarını aşkar etmişlər. Sonradan bu ad transformasiyaya uğrayaraq «Şahbuz» kimi işlənməyə başlanmışdır. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə təbiətinmənzərili bir guşəsində «Badamlı» istirahət zonası yerləşir. Burada Badamlı mineral suyunu şüşələrə dolduran zavod vardır. Zəngəzur dağının ətəyində yerləşən Qarabağlar kəndinin kənarında məşhur türbə tikililəri var. Qulləli istehkamlar, dağlardan çəkilmiş çoxşaxəli su kəməri sistemi göstərir ki, vaxtilə, bu ərazidə iri bir şəhər mövcud olmuşdur. Görünür, XVII əsrdə adı çəkilən Qarabağlar şəhəri bu ərazidə mövcud olmuşdur. Həmin mənbələrə görə bağlar diyarı Qarabağlar şəhərində çoxsaylı müxtəlif tikililər - 10.000 ev, 70 məscid, o cümlədən, minarəli 40 məscid və başqa obyektlər varmış. Minarələrin və məqbərələrinin hələ də salamat qalmış binaları turistlərdə silinməz təəssürat oyadacaq.
Harada qalmaq olar
Münasib qiymətə kirayəyə ev və ya mənzil götürmək olar.
Harada nahar etmək olar
«Ayriniz», «İzmir», «Dostluq», Tel. 3 32 03 restoranları qonaqlara yüksək xidmət göstərir.