Naxçıvan Muxtar Respublikasının şərq hissəsində yerləşən Ordubad rayonu şimaldan və şərqdən Ermənistanla, cənubdan İranla, qərbdən Culfa rayonu ilə həmsərhəddir. Rayonda yay fəsil çox isti, qış isə çox soyuq keçir. Ordubadın gözəl təbiəti, zəngin florası və faunası var. Bu rayon özünün saf havası, nadir dərman bitkiləri və ətirli meyvələri ilə ad çıxarmışdır. Ordubadın şaftalısı, armudu, üzümü və qaysısı çox şirəli və şirin olduqlarına görə məşhurdur.
Ordubad rayonu ərazisində çoxlu tarixi abidə qorunub saxlanılır. Aza, Der, Nəsirvaz kəndlərindəki tunc dbvrünə aid daş qoç heykəlləri, Sabir kəndində eramızdan əvvəl II-I əsrlərdə mövcud olmuş insan məskənlərinin qalıqları; Aza kəndi yaxınlığında qədim Gilan şəhərinin xarabaları; Kilit, Vələver, Y. Əylis, Aza, Kotam, Biləv, Vənənd kəndlərində orta əsrlər dövrünə aid tikililər; Anaband kəndinin yaxınlığında vaxtilə mövcud olmuş eyni adlı şəhərin xarabaları; Əndəmic kəndi yaxınlığındakı Şahtaxtı qalası; Əylis, Vənənd, Üstüpü, Nüs-Nüs, Düylün kəndlərində XVIII əsrdən qalmış məscid binaları; Aza kəndi yaxınlığında 1826-cı ildə tikilmiş körpü; Dırnıs, Dəstə, Vənənd, Unus kəndlərində XIX əsrə aid məscid; Der kəndində XIV əsrə aid türbə; Dırnıs kəndində XVII əsrə aid məscid; Der kəndində XIV əsrə aid hamamın qalıqları; Nüs-nüs kəndində XVIII əsrə aid hamam və XIV əsrə aid məscid; Aza çayı üzərində və Əylis kəndində XVIII əsrdə tikilmiş körpülər; Gənzə, Aza, Əylis və Vənənd kəndlərində XVIII əsrə aid hamamlar; Nəsirvaz çayı üzərində XVII əsrdə tikilmiş beş tağlı körpü; Xanağa kəndində XVII əsrə aid pir və s. Ordubad şəhərindən 60 km cənubda yerləşən Gəmiqaya dağında çoxlu qayaüstü petroqiflər var. Onlar bizim eradan əvvəl III-II minilliyə aid sənət nümunələridir. Şərq qayaların səthində çəkilmiş minlərlə rəsmələrdə qədim insanın həyatı barədə, onu əhatə edən gerçəklik barədə təsəvvürləri əks etdirilmiş, insanların, real və fantastik heyvanların təsvirləri çəkilmişdir.
Rayonun inzibati mərkəzi - Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının ikinci mühüm şəhəridir. Ordubad bağlar diyarı, güllər, bülbüllər şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhri XII əsrdən məşhurdur. Çoxsaylı tarixi abidələrin olması nəzərə alınaraq, bu şəhər dövlət tarixi-memarlıq qoruğu elan edilmişdir. Memarlıq abidələri arasında aşağı adları çəkilənlər xüsusi qeyd edilmilməlidir: fasadında tağ şəkilli taxçaları olan cümə məscidi, buzlaq və XVIII əsrə aid məscidlər, o cümlədən, Dilbər məscidi, XVIII əsrə aid Əfqan qalası, XIX əsrə aid məscidlər, çoxsaylı çeşmələr, «Qeysəriyyə» deyilən günbəzli, üstüörtülü ticarət kompleksi (XIX-XX əsrlər).
İkimərtəbəli mədrəsədə binası xüsusi əhəmiyyət kəsb edir. Bu bina XVI-XVII əsrlərə aid maraqlı ibadətxanalardan biridir. Azərbaycanda bizim dövrədək salamat qalmış bəlkə də yeganə olan bu mədrəsə vaxtilə ən mühüm ruhani məktəblərindən biri sayılırdı. Şəhərdə tarix-diyrşünaslıq muzeyi, teatr eləcə də yazıçı, Azərbaycan ədəbiyyatında tarixi-romantik canrının banisi sayılan Məmməd Səid Ordubadinin ev muzeyi fəaliyyət göstərir.
Ordubad öz bağları, uzunömürlü çinar ağaclarıilə də məşhurdur. Bu ağaclardan ən böyüyünün diametri 18 metrdir. Ordubad həm də ipək qurdu yetişdirməsi üzrə ən qədim mərkəzdir. Xxəsrin əvvəllərində kesirilmiş beynəlxalq sərgidə Ordubad ipəyi 13 qızıl medala layiq görülmüşdür. Burada ipək kombinatı da var. Son illərdə Azərbaycan və İran hökumətləri Araz çayı üzərindən körpü salmaq barədə razılığa gəlmişlər.
Harada qalmaq olar
Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür.
Harada nahar etmək olar
«Bağdad» restoranı, «Əfqan», «Mənzərə», «Ailə», «Sim-Sim» Tel. 7 04 88 kafeləri gələn turistlərə yüksək xidmət göstərirlər.