Azərbaycanın ən cənub-qərb guşəsində yerləşən Zəngilan rayonunun ərazisi Araz çayı boyunca uzanır. Rayon cənubdan İranla həmsərhəddir. Rayonun inzibati mərkəzi Zəngilan şəhəri Oxçuçay çayının sahilində yerləşir. Zəngilan rayonunun ərazisində Mincivan dəmiryol stansiyası var. Rayonun zəngin flora və faunasını qoruyub saxlamaq üçün «Bəsitçay» yasaqlığı yaradılmışdır.