Şuşa rayonundan bir qədər qərbdə yerləşən Laçın rayonu Ermənistanla həmsərhəddir. Bu rayon Narzan tipli mineral sularla zəngin olan kurort - rekreasiya zonası kimi məşhurdur.
Rayonun Xoçaz kəndində mağara - İbadətgah (V əsr), məqbərə (XIII əsr), Cimcimli kəndində Məlikəcdər türbəsi (XIV əsr), Zeyvə kəndində Kafir qalası (XVII əsr), Nüsnü kəndində Həmzəsultan sarayı (XVIII əsr), Həkəri çayın üzərindəki körpü (XVIII əsr) və başqa tarixi abidələr var.