Ucar rayonu Şirvan düzündə, dəniz səviyyəsindən aşağıda yerləşir. Burada yarımsəhra və quru çöllər üçn səciyyəvi olan iqlim müşahidə edilir. Yayı çox isti olur. Göyçay və Türyan (Qarasu) çayları bu rayonun ərazisindən keçir. Biyan bitkisi bu rayonun florasında mühüm yer tutur. Dərman bitkisi olan biyanın kökləri tədarük edilərək, başaq ölkələrlə ixrac edilir. Rayonun faunasında canavar, turac, qırqovul daha geniş yayılmışdır.
Bakı - Tbilisi dəmir yolu və Bakı - Qazax avtomagistralı bu rayonun və rayonun ərazisində şərqdən qərbə doğru keçir.
Yuxarı Şilyan kəndində əl ilə xalça toxumaq sənəti də qorunub saxlanmışdır.
Rayonun inzibati mərkəzi Ucar şəhəridir. Ucarın tarixində ən əlamətdar səhifələrdən biri onan ibarətdir ki, İkinci Dünya Müharibəsi illərində məşhur 416-cı Taqanroq diviziyası burada yaradılmışdır. Həmin diviziyanın döyüşçülərinin xatirəsi ucaldılmış abidə şəklində əbədiləşdirilmişdir. Şəhərdə stadion və park var.
Harada qalmaq olar
Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür.
Harada nahar etmək olar
«Elnur» və «Fidan» kiçik restoranlarında və qəlyanaltılarda nahar etmək olar.