Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Şəhər və rayonlar
Xaçmaz şəhəri
Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur - Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon ərazisində magistral avtomobil yolu və Bakı - Moskva dəmir yolu keçir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. «Gülalan gölü» qoruğu bu Cəmiyyətin nəzdindədir. Belə güman edirlər ki, «Xaçmaz» adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə «Xaçmaz» şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçüb getmiş və orada Xaçmax adlı kənd əv eyni adlı qala tikmişlər. Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmiş. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur «Baba əl Əbvab» («təmir darvaza», «Dərbənd qapıları») istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi daynmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin növündə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş şadd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbyacan ərazisinə bu yolla keçmişdilər. Xaçmaz rayonun ərazisində aparılmış arxeoloci qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət müxəlləfatı əşyaları aşkar edilmişdir. Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası «Allahın neməti» deməkdir) Xaçmaz rayonunda yerləşir. XVIII əsrin əvvəllərində Xudat Quba xanlığının paytaxtına çevrilmişdir. 1735-ci ildə Fətəli xanın iqamətgahı Xudatdan Qubaya köçürüldü və Xudat öz əvvəlki əhəmiyyətini itirdi. Xudat torpağında çoxlu içməli su ehtiyatları var. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayan məşhur Şollar su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır. Rayonda 60-dan çox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoloci abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbələdəndir. Çoxsaylvı tarix və mədəniyyət abidələri var. Moruq - oba, Qalağan, Uzun - oba, Tağar - oba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır. Xxəsrin əvvəllərində (1900-1903-cü illər) tikilmiş dəmir yol stansiyası ıə su qülləsi də maraq doğurur. Bu tikililər indi də texniki cəhətdən yaxşı vəziyyətdədir. Rayonda ənənvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir. Xaçmaz litseyində xalçaşünaslıq fakultəsi fəaliyyət göstərir. Böyük və miniatür göstərir. Böyük və miniatür ölçülü xalçalar toxuyan ustaları iş başında müşahidə etmək turistlər üçün maraqlı olacaq. Ölkədə çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonun ərazisindədir. Burada qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu şəfalı yerlərdə çoxsaylı turist bazaları, pansionatlar, ən tələbkar turistləri də razı salacaq şəraitə malik olan istirahət evləri tikilmişdir. Harada qalmaq olar «Xaçmaz» mehmanxanası Tel. 3 40 40. Rayon mərkəzində yerləşir. Bu günlük xidmət haqqı 15.000-30 manat təşkil edir. Nabranda yerləşən istirahət zonaları: «Kaspian» Tel. (50) 358 01 16, «Palma» Tel. (50) 220 90 04, 321 99 96, 320 37 27 «Malibu» Tel. (12) 47 25 60, (50) 330 88 03, «Sahil» Tel. (50) 315 51 00, «Lotos» Tel. (50) 324 74 59, (55) 780 74 23, (50) 323 02 39. "Green Ville" Istirahet Kompleksi, AZ 2724, Xacmaz r-nu, Nabran qesebesi, tel Mobil: (+99450) 331 80 32. Bakidaki ofisimiz: "ASIMAN MMC AZ 1007, M.P.Vaqif pr-ti, 3/139 Tel./Faks: (+99412) 596 37 57, Mobil: (+99450) 225 53 13 E-mail: office@greenvillebaku.com www.greenvillebaku.com Bura gələn turistlərə yüksək səviyyədə xidmət göstərilir. Harada nahar etmək olar Bütün turist bazarında restoranlar fəaliyyət göstərir. Bunlardan başqa «Çoban», «Çənlibel», «Kamran» Tel. 3 47 74 restoranları və «Xəzər» Tel. 3 22 35, «Şabran - Nuşican» Tel. 3 40 40, «Elit», «Təbriz» kafeləri də lazımi səviyyədə xidmət göstərmək imkanlarına malikdir.