Bu rayonun inzibati mərkəzi şəmkir şəhərinə Gəncədən bir saata gedə bilərsiniz. Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V - VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şamkuru tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 -10 km aralıda məskunlaşmışdır.
Rayonda qədim Şamxorqalanın (XVII əsr) və Koroğlu qalasının (XVII əsr) xarabalıqları qalmışdır. Koroğlu qalasına bu ad xalq qəhrəmanı, zülmkar feodallara və yadelli işğalçılara qarşı üçyana başçsılıq etmiş Koroğlunun (onun əsl adı Rövşən olmuşdur) şərəfinə verilmişdir. İnqilabdan əvvəl bu ərazidə köçkün almanların yaşadığı Annanfeld adlı yaşayış məntəqəsi olmuşdur. Onların burada yaşamasının əlamətləri - düz küçələr və kilsə hələ də qalır.
Harada qalmaq olar
Yerli əhalinin verdiyi münasib və rahat evlərdə qalmaq mümkündür.
Harada nahar etmək olar
«Murov Dağ», «Xan Sarayı», «Efes - 1» restoranlarında münasib qiymətə dadlı xörəklər verilir.