Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

S.Nuriyev adına Kəhrizli kənd uşaq musiqi məktəbi

S.Nuriyev adına Ağcabədi rayon Kəhrizli kənd uşaq musiqi məktəbi Ağcabədi rayon Səbuhi Nuriyev adına Kəhrizli kənd uşaq musiqi məktəbi 1984 –cü ildən Hindarx qəsəbə uşaq musiqi məktəbinin filialı olmuş, 26 iyun 1991-ci ildən müstəqil uşaq musiqi məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Məktəbdə fortepiano, tar, qarmon, nağara, səs fənləri tədris olunur. Məktəbdə 117 nəfər təhsil alır və onların təlim-tərbiyəsi ilə 28 nəfər müəllim məşğul olur. Məktəbdə “Sahil” ansamblı və 22 nəfərdən ibarət xor kollektivi fəaliyyət göstərir. Məktəb bir növbəlidir. Məktəbin direktoru: Hüsiyev Zahir Əbdüləli oğlu