Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test

S.Vurğun adına mərkəzi şəhər kitabxanası

S.Vurğun adına Mərkəzi şəhər kitabxanası 1958-ci ildən fəaliyyət göstərir. Sahəsi 602,7 m2-dir. 1966-cı ildən kitabxanaya böyük şairimiz S.Vurğunun adı verilmişdir. Mərkəzi kitabxana sistemə daxil olan kitabxana filiallara metodik rəhbərlik edir. Kitabxananın nəzdində 5 şöbə: Xidmət şöbəsi, Vahid fondun təşkili və istifadəsi, Kitabxanalararası Abonement şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Məlumat biblioqrafiya şöbəsi, Təşkilati metodiki şöbəsi fəaliyyət göstərir.

2010-cu ildən etibarən kitabxananın www.sumlib.az ünvanlı internet səhifəsi fəlaiyyətə başlamışdır.

Xidmət Şöbəsi

Mərkəzi Kitabxananın Xidmət şöbəsi əhaliyə abonement və oxu zalı vasitəsilə xidmət göstərir. Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir.

Vahid fondun təşkili və istifadəsi, kitabxanalararası abonement

Şöbə Mərkəzləşdirilmiş kitabxana sisteminə daxil olan kitabxanalar arasında ədəbiyyat mübadiləsi aparır, Vahid fondu təbliğ edir. Sistem kitabxanaları arasında müvəqqəti kitab mübadiləsi yolu ilə oxucuların sorğularının vaxtında və tam ödənilməsinə yardım edir. Vahid fondda lazım olan nəşrlər olmadıqda şöbə kitabxanalararası abonement vasitəsilə M.F.Axundov adına Milli kitabxanadan və digər kitabxana-ların fondlarından lazım olan çap məhsullarını müvəqqəti istifadə üçün əldə edir. Vahid fondun sahəsi 140 m2-dir.

Komplektləşdirmə və kitabişləmə şöbəsi

Şöbə oxucuların ümumtəhsil, mədəni və peşə sorğularının ödənilməsi üçün kitabxananın universal profilli kitab fondunu komplektləşdirir. Dövlət vəsaiti hesabına yeni ədəbiyyatları almaqla, prezident aparatından, M.F.Axundov adına Milli kitabxanasından kitab mübadiləsi yolu ilə, nəşriyyatların və müəlliflərin bağışladıqları kitablar hesabına kitab fondunu daim zənginləşdirir. Yeni daxil olan ədəbiyyatın uçotunu aparır, dövrü nəşrlərə abunə işini təşkil edir, kataloq sisteminin aparılmasına və fondun mühafizəsinə nəzarət edir.

Məlumat-biblioqrafiya şöbəsi

Şöbə sistemin oxucularına biblioqrafiya xidmətini təşkil edir. Soraq biblioqrafiya aparatını təkmilləşdirir,

biblioqrafik işi əlaqələndirir və ona nəzarət edir, məqalələrin sistemli və diyarşünaslıq kartotekalarını aparır. Oxuculara lazım olan ədəbiyyatın seçilməsində köməklik göstərir, onların kartotekalardan tövsiyə siyahılarından və biblioqrafik materiallardan istifadə etmələrinə imkan yaradır.

Təşkilati metodiki şöbə

Sistemin bölmələrinin fəaliyyətini məzmun, forma və metodik baxımdan əlaqələndirir. İşin yeni üsül və metodlarını öyrənməklə qabaqcıl təcrübəni aşkar edir, kadrların ixtisaslarının artırılması işinin təşkil olunmasına kömək edir. Kütləvi tədbirlərin keçirilməsinə metodik yardım göstərir, müxtəlif mövzularda metodik vəsait hazırlayır.

Na dlknlvknjnklsdf dfblkldbljdfllgkd dlfkhflgkhjdlhjldfkjhl 21324

https://www.google.az/