Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

SenetkarTEST
|

Debüssi Aşil Klod (22.08.1862 - 25.03.1918)

Fransız bəstəkarlıq məktəbinin nümayəndəsi Klod Debüssi musiqi tarixinə bəstəkar, musiqi tənqidçisi kimi daxil olmuşdur. Bəstəkarın yaradıcılığı ümumiyyətlə incəsənətdə yaranmış impressionizm (təəssürat) cərəyanı ilə bağlıdır.

Klod Debüssi avqustun 22-si 1862-ci ildə Parisdə anadan olmuşdur. 1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Oblaka”, “Praznedstva”, “Sirenı”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamasskaya süita”, “Romantik vals”, “Obrazlar”, “Estampı” süitası, “Ağ və qara” 3 pyesləri aiddir.