Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

SenetkarTEST
|

Bağırov Zakir Cavad oğlu. (16.03.1916 — 1996)

Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1961).

Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşada anadan olmuşdur. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1970-ci ildən isə musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir.

Bir çox teatr tamaşasına və kinofilmə musiqi yazmışdır. "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. Bəstəkar "Aygün"(1972), "Qoca Xattabıç" operalarının, "Kəndimizin mahnısı" (1958), "Qaynana" (1974) operettalarının, xalq çalğı alərləti orkestri üçün süitaların, fortepiano və orkestr üçün Konsertin, orqan üçün improvizasiya və fuqanın, "Çahargah" muğamı əsasında arfada solo üçün əsərin, kamera-instrumental əsərlərin. mahnı və romnsların müəllifidir. Zakir Bağırov 1996-cı ildə vəfat etmişdir.