Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Yuxarı Baş Dövlət Tarix - Memarlıq Qoruğu

"Yuxarı Baş" Dövlət Tarix Memarlıq qoruğu şəhərin ümumi ərazisinin üçdə birini təşkil edir. Qoruğun sahəsi 283 hektardır. Qoruq və Şəki "Xan sarayı" Bakıdan 305 kilometr aralıda, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Coğrafi koordinatları  şimaldan 41° 12 ' 16,07 " ,  şərqdən 47° 11 ' 50,82" dir.  Qoruq Azərbaycan KP MK-nın 23.IV.1967-ci il tarixli 206 №li qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 24.XI.1967-ci il tarixli 594 saylı qərarı əsasında yaradılmışdır. Obyektlərin sərhədləri Azərbaycan Respublikası Nazirlər Kabineti , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi və Milli Elmlər Akademiyası tərəfindən təsdiq edilmişdir. Qədim şəhərin ərazisi əsasən iki hissəyə bölünür:  Şəhərin yuxarı hissəsində - "Yuxarı Baş" Dövlət Tarix -Memarlıq Qoruğu yerləşir. Qoruq ərazisində yerləşən ,qeydiyyatdan keçmiş 25 ədəd dünya,ölkə və yerli əhəmiyyətli tarix-memarlıq, arxeoloji, park monumental və xatirə abidələri yerləşir.  Bunlardan başqa, qoruq ərazisində yeni aşkar edilmiş, XVIII,XIX,XX əsrlərə aid, yüksək bədii təsvirini bu günə kimi qoruyub saxlamış 205-ə yaxın dini binalar, şəxsi mülklər, ipək manufakturası, tütün maxorka fabriki, ticarət anbarları, kustar emalatxana,ticarət dükanları movcuddur. Şəhərin aşağı hissəsi isə əsasən sənaye müəssısələri ilə zəngindir.  Şəhərin yuxarı hissəsinin bədii memarlıq cəhətdən qiymətləndirirlməsi aşağıdakı faktlarla onun tarıxıni müəyyənləşdirir: "Şəki Xan sarayı", Nuxa istehkamı olan " Qala divarları", "Şəkixanlarının evi", "Dairəvi məbəd", "Yuxarı karvansara", "Aşağı karvansara", "Xan qəbiristanlığı", hamamlar, ticarət və bazar mərkəzləri, dini mərasimlər keçirilən binalar, yəni məscidlər, o cümlədən qəbirüstü daşlar, "Giləhli məscidinin minarəsi", "Tağlı körpülər " şəxsi mülklər, arxeoloji abidə olan , yeraltı "Saxsı su kəməri", "Axundzadənin ev muzeyi", "Rəşidbəy Əfəndiyevin ev muzeyi"," S.Rəhmanın ev muzeyi", park, monumental abidələr və XVIII - XIX əsrə aid çoxlu sayda yüksək bədii təsviri olan yaşayış mülklər qoruq ərazisində bu günə kimi qorunub saxlanılmışdır. Qoruq əsrarəngiz təbiəti ilə, çətin relyefi və zəngin yaşıllığı ilə həmahəngdir.  Direktor: Abdullayeva Təranə Əli qızı.