Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət evi

Azərbaycanın qədim bölgərindən biri olan Ağcabədi rayonu öz musiqi tarixi ilə, musiqiçiləri və burda yarayıb-yaratmış peşəkar xanəndələri, sənətkarları ilə fərqlənmişdir. 1961-ci ildə Ağcabədi rayon Mədəniyyət evi tikilməyə başlamışdır. Ancaq buna qədər rayonda yaşayan xanəndə və müğənnilər indiki Qarabağ Muğam Mərkəzinin ərazisində yerləşən Pionerlər evində yığışaraq bir araya gəlmişlər. 1949-cu ildən etibarən böyük sənətkar, el xanəndəsi Mütəllim Mütəllimov həmin pionerlər evinin öz fəaliyyət teatrının rəhbəri olmuşdur. Dahi bəstəkarımız Ü.Hacıbəylinin “Arşın mal alan”, “Əlli yaşlı cavan”, “ Beş manatlıq gəlin” əsərlərini tamaşaya qoyur və “Arşın mal alan” tamaşasında özü Əsgər rolunda çıxış edir. Bundan başqa O, Ağcabədi gənclərindən Fərzalı Novruzovu (Ağcabədinski), Naringilə xanımı, Leyla xanımı, xanəndə Yaqub Məmmədovu və bir çox istedadlı gəncləri teatrın truppasına cəlb edir. Habelə görkəmli muğam ustası Yaqub Məmmədovu Pionerlər evinin nəzdində fəaliyyət göstərən muğam dərnəyinə dəvət edir. 1956-cı ildə isə O Yaqub Məmmədovu Bakıya Seyid Şuşuniskinin, Xan Şuşuniskinin yanına aparır. 1963-cü ildə isə rayon Mədəniyyət evi fəaliyyətə başlayıb. Habelə Mədəniyyət evinin üst mərtəbəsində tar və piano sinfi olub. Bu siniflərdə tar dərsini Ayaz Novruzov, piano dərsini isə Sovet Quliyev tədris etmışlər. M.Mütəlimov bu illərdə rayon Mədəniyyət evinin direktoru vəzifəsində işləmişdir. 1967-ci ilin iyul ayından etibarən mədəniyyət evini nəzdində “Rast” xalq çalğı alətləri ansamblı yaradılmış və geniş fəaliyyət göstərmişdir. Belə ki ansambla rayonun ən istedadlı musiqiçiləri cəlb olunmuşdur. Onun üzvlərindən Zahid Novruzov, Elxan Niyazov, Knyaz Quliyev, Kamran Hüseynov, Yelmar Quliyev, Hüsən Bəşirov, Muxtar Əliyev, Rasim Əliyev və başqaları xalq mahnı və muğamlarını gözəl ifa etmişlər. “Rast” ansamblı Respublikada keçirilən bir çox müsabiqələrdə qızıl medala layiq görülmüşdür. 1991-ci ildə Ağcabədi şəhərində keçirilən Beynəlxalq “Xarı Bülbül” festivalında 1-ci yer tutub. Ansamblı bədii rəhbərləri E.Niyazov, Q.Qəhrəmanov, dirijoru isə S. İbrahimov olmuşdur. 2002-cı ildə rayon Mədəniyyət evinə xalq artisti, Şöhrət Ordenli, görkəmli muğam ustası Yaqub Məmmədovun adı verilmişdir. 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonuna səfəri zamanı verdiyi tapşırıqlara müvafiq olaraq, müasir tələblərə cavab verən formada, standartlara uyğun əsaslı təmir edilmiş və 2009-cu ilin fevral ayında istifadəyə verilmişdir. Hal-hazırda həmin müəssisədə 10 nəfər işçi çalışır. Mədəniyyət evinin nəzdində 1 “Rast” xalq çalğı alətləri ansamblı, 1 dram dərnəyi, 2 şer məclisi-“Qaranquş” və “Dərk” ədəbi şer dərnəyi fəaliyyət göstərir.