Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi Azərbaycanın birinci xanımı, Millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın təşəbbüsü ilə inşa edilmiş, sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Cənab Ə.Qarayev, Ağcabədi rayon İHB-nın Başçısı Cənab Ş.Məmmədovun, Dövlət xadimlərinin və digər mötəbər qonaqların iştirakı ilə açılışı olmuşdur. Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin ümumi sahəsi isə 829.8 m²-dir, parkın ümumi sahəsi 1.7 hektardır. Mərkəzdə 154 nəfərlik qış zalı,150 nəfərlik yay zalı fəaliyyət göstərir. Qarabağ Muğam Mərkəzində Ağcabədi, Ağdam, Beyləqan, Laçın, Kəlbəcər, Oğuz, Bərdə rayonlarından muğam ifaçıları muğamın sirlərini öyrənirlər. Qarabağ Muğam Mərkəzində vokal sinfi fəaliyyət göstərir ki, həmin sinifdə 22 nəfər şagird təhsil alır.