Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Şəhər Uşaq musiqi məktəbi

Ağcabədi şəhər uşaq musiqi məktəbi 1988-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində məktəbi 736 nəfər şagird bitirmişdir. Onlardan 146 nəfəri orta ixtisas məktəblərinə daxil olmuş , 48 nəfər isə hal-hazırda məktəbdə müəllim işləyir. Məktəbdə fortepiano, tar, qarmon, nağara, kamança, səs ixtisasları üzrə 295 nəfər şagird təhsil alır və onların təlim tərbiyəsi ilə 81 nəfər müəllim məşğul olur. Məktəbdə “Segah” uşaq ansamblı, 35 nəfərdən ibarət uşaq xoru və üçlüklər fəaliyyət göstərir. Məmmədov Tural Məzahir oğlu 2011-ci ilin may ayında keçirilən Uşaq Muğam İfaçılarının VI Respublika müsabiqəsində Nazirlik tərəfindən Diplom və 500 manat pul mukafatına layiq görülmüşdür. Məktəbin xor kollektivi 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeyd olunan “Məktəbin yaxşı işi bəyənilsin” Fəxri Fərmanla mükafatlandırılmışdır. 2011-ci ildə Xan Şuşiniski adına Rspulika Uşaq Muğam müsabiqəsində məktəbin şagirdi Məmmədov Tural Məzahir oğlu III yerə layiq görülmüşdür. Mircəfərli Xəyyam İlqar oğlu 28.04.2014-cü il tarixli Ağcabədi rayon Xalq Çalğı Alətləri üzrə 3-cü Respublika müasbiqəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Məktəbinin direktoru: Xəlilov Asif Əşrəf oğlu