Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Ağcabədi rayon Həmidə xanım Məmmədquluzadənin ev muzeyi

Azərbaycanın gözəl, ziyalı, maarifpərvər qadını, bütün Qafqazda tanınmış xeyriyyəçi kimi məhşur olan Həmidə xanım (Cavanşir) Məmmədquluzadənin ev muzeyi 2005-ci ilin yanvar ayının 1-də anadan olduğu və boy a başa çatdığı Kəhrizli kəndində, öz malikanəsində açılmışdır. Muzeyin ümumi sahəsi 360m2 –dir. Ekspozisiya sərgi sahəsi 120 m2 -dir Həmidə xanım Cavanşir 1873- cü ildə zəmanəmizin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya göz açmışdır. 1907-ci ildə Cəlil Məmmədquluzadə ilə ailə həyatı qurmuşdur. 2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən ibarətdir. Birinci salonda Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən foto şəkillər, plakatlar, ev əşyaları, əlyazmalar, ikinci salonda ev əşyaları, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, üçüncü salonda ev əşyaları, plakat, Həmidə xanımın əl işləri, xatirə albomu nümayış etdirilir. 2006- cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş “Molla Nəsrəddin” jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum günü hər il qeyd edilir. Muzeyə Respublikanın bütün guşələrindən ekskursiyaya gəlirlər.Hazırda Muzeydə 166 eksponat nümayiş etdirilir.

Ağcabədi şəhəri
Unvan:
Ağcabədi şəhəri
Telefon:

9876543565

Fax:

54768654

Email:

xcfvbnj@mail.ru

Url:
http://region.mctgov.az/cms/?page=add&id=352&pid=3