Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

“28 May” mədəniyyət evi

"28 May" mədəniyyət evi 1977-ci ildən fəaliyyət göstərir. Mədəniyyət evinin fəaliyyəti dövründə 1982-ci ildə Tənqid-Təbliğ "Xalq teatrı", "Ümid" rəqs kollektivi, "Sevinc" instrumental ansamblı, bədii qiraət dərnəyi yaranmışdır. Tənqid-Təbliğ "Xalq teatrı"nın kollektivi Moskva Ümumittifaq Festivalının laureatı olmuş, Bakı şəhərində keçirilən bir çox festivallarda, müsabiqələrdə iştirak etmişdir.

Hal-hazırda mədəniyyət evində "Şənlik" instrumental ansamblı, "Xalq teatrı", bədii qiraət, rəqs kollektivi fəaliyyət göstərir və bununla yanaşı həmçinin mədəniyyət evində pullu kurslardan "Sintezator" və "Qadın bərbəri" fəaliyyət göstərir.

 Mədəniyyət evinin direktoru - Həmid Əsədulla oğlu Məmmədov

29 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif işi fakültəsini bitirərək, özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasına yiyələnmişdir.

Mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışmış H.Məmmədov 2006-cı ildən "28 May" mədəniyyət evinin direktorudur.

Unvan:
Sumqayıt şəhəri
Telefon:

24576736

Email:

sgjhgf@gmail.com

Url:
http://region.mctgov.az/cms/?page=add&id=352&pid=29