Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 saylı Uşaq musiqi məktəbi

Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 saylı Uşaq musiqi məktəbi 1977-ci ildən fəaliyyət göstərilir, 295 şagird, 53 müəllim vardır. Məktəbdə fortepiyano, skripka, tar, kamança, balaban, qarmon, nağara və xanəndəlik ixtisasları üzrə dərslər keçirilir. Məktəbin ayrıca xalq çalgı alətləri, qarmonçalanlar, balaban çalanlar ansamblı, 100 nəfərdən ibarət uşaq xoru, vokal qrupu, və uşaq folklor kollektivi vardır.Məktəb 1993-cü ildə Bakı şəhərində keçirilən Azərbaycan Respublikasının gənc musiqiçi ifaçılarının Azər Zeynallı adına 1 müsabiqəsində müvəffəqiyyətlə çıxış etdiyinə görə məktəbin fortepiyano ixtisası üzrə Vİ sinif şagirdi Yusubova Vüsalə musabiqənin laureatı fəxri adına layiq görülmüşdür. 1999-cu ildə Respublika Mədəniyyət Nazirliyininkeçirdiyi "Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin respublika müsabiqəsi" də balaban ixtisası üzrə məktəbin İV-cü sinif şagirdi Abbasov Famil müsabiqənin İİ mükafatı və laureatı, fortepiano ixtisası üzrə Vİİ sinif Şagirdi Qədirova Aynur və tar ixtisası üzrə İİİ sinif şagirdi Heseynov Ruslan həmin müsabiqənin diplomantı adına layiq görülmüşlər. 31 yanvar 2001-ci il tarixdə Respublika Gənclər, İdman və Turizm Nazirliyinin Bakıda keçirdiyi "Respubliuka uşaq folklor musiqi festivalı" nda məktəbin "Uşaq Folklor kollektivi" festivalın diplomuna layiq görülmüşdür. 2001-ci ilin mart ayında Bakıda keçirilən Hacı Məmmədov adına müsabiqədə məktəb yüksək səviyyədə şagirdlər hazırladığına görə diploma layiq görülmüşdür. Məktəbdə tez-tez Azərbaycan, Avropa və dünya klassik bəstəkarlarının həyat və yaradıcılığına həsr olunmuş musiqili-bədii gecələr keçirilir. 2005-ci ilin may ayında keçirilmiş " Milli Musiqi Alətləri İfaçılarının Respublika Müsabiqəsində" yüksək ifaçılıq nümayiş etdirdiklərinə görə məktəbin V-ci sinif şagirdləri Ağayev Şövqi və Fərəcov Xətai həmin musabiqənin İ-ci dərəcəli diplomu, laureatı və pul mükafatına layiq görülmüşlər. 2006-cı ilin may ayında Bakıda keçirilən "Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin İV Respublika müsabiqəsi"ndə yüksək fəaliyyətlə çıxış etdiklərinə görə məktəbin xor kollektivi müsabiqənin İİ-ci dərəcəli diplomu və 400 manat pul mükafatı ilə təltif olunmuşlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 mart 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının xalq artisti Milli opera ifaçılığı sənətinin tanınmış nümayəndəsi Həqiqət Rzayevanın anadan olmasının 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır. Bu Sərəncama əsasən bir sıra silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev məktəbimizdə olmuş, kollektivlə görüşmüş və məktəbin nailiyyətləri ilə tanış olmuşdur. Məktəbin işindən razı qalan Nazir kollektivimizə gələcəkdə yeni-yeni uğurlar arzulamışdır.

Lənkəran şəhəri
Unvan:
Lənkəran şəhəri
Telefon:

3456776

Fax:

677543

Email:

fhfjgdc@gmail.com

Url:
http://region.mctgov.az/cms/?page=add&id=352&pid=27