Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Cəfər Cabbarlın adına Lənkəran Şəhər 1 saylı Uşaq musiqi məktəbi

Cəfər Cabbarlın adına Lənkəran Şəhər 1 saylı Uşaq musiqi məktəbi 1957-ci ildə təşkil olunmuşdur. Azərbaycan Respublikasının gənc musiqi ifaçılarının Asəf Zeynallı adına 1-ci müsabiqəsində yüksək ifaçılıq məharəti nümayiş etdirdiyinə görə C. Cabbarlı adına məktəbin şagirdi balaban üzrə III-cü dərəcəli diplomla təltif olunmuş və müsabiqənin laureatı adına layiq görülmüşdür. Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin Respublika müsabiqəsində, məktəbin şagirdləri: Əmirzadə Camal-tar, Qasımov Natiq-balaban üzrə müsabiqənin laureatı adına layiq görülmüşlər və İİ-yer tutmuşlar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Uşaq muğam ifaçılarının Respublika müsabiqəsində məktəbin şagirdi Cabbarzadə Pərviz xanəndə kimi İİİ-cü Respublika müsabiqəsinin diplomu ilə təltif olub və yekun konsertdə çıxış etmək hüququn qazanmışdır. 16/V/2006-cı il tarixli 167-saylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Uşaq musiqi və İncəsənə məktəblərinin xor kollektivlərinin İV-ci Respublika müsabiqəsində C.Cabbarlı adına 1 saylı Uşaq Musiqi məktəbinin müəlliməsi: Salayeva Sevda 100 manat həvəsləndirici mükafat məktəbə isə fəxri fərman verilmişdir və kollektiv yekun konsertində çıxış etmək hüququnu qazanmışdır. 14/V/2007-ci il tarixli 366 sazylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin V-ci Respublika müsabiqəsində müəllimə Salayeva Sevda həvəsləndirici mükafata və 100 manat pulla mükafatlandırılmış, kollektiv isə yekun konsertdə çıxış etmək hüququnu qazanmışdır.

Lənkəran şəhəri
Unvan:
Lənkəran şəhəri
Telefon:

8765467877

Fax:

76554879

Email:

6fgfhd@gmail.com

Url:
http://region.mctgov.az/cms/?page=add&id=352&pid=26