Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Lənkəran şəhər tarix-diyarşünaslıq muzeyi

Lənkəran Tarix-diyarşünaslıq muzeyi 1924-cü ildə yaradılmış, lakin Böyük Vətən Müharibəsi illərində fəaliyyətini dayandırmışdır. 1961-ci ildə muzeyin fəaliyyəti bərpa edilmişdir. Azərbaycan hökumətinin qərarı ilə 1977-ci ildə muzeyə Lənkəranda bu işin təşkilatcısı , maarifçi və jurnalst Mirzə Ağəli Əliyevin adı verilmişdir. Lənkəran Tarix-diyarşünaslıq muzeyi 1978-ci ildə yeni binaya köçürülmüş və burada elmi əsaslarla ekspozisiya açılmışdır. Muzey 1991-ci ildən isə XIX əsr memarlıq abidəsi olan Mir Əhməd xan Talışinskinin mülkündə fəaliyyət göstərir. Bu möhtəşəm abidə 1913-cü ildə Mir Əhməd xanın sifarişi ilə onun xanımı Tuğra xanımın şərəfinə Fransadan dəvət olunmuş memarlar tərəfindən 3 ay müddətinə ucaldılmışdır. Bu abidə Lənkəran şəhərinin ilk çoxmərtəbəli binası olmuşdur. Muzeyin fondunda 6 mindən yuxarı eksponat toplanıb və ildən ilə bu rəqəm daha da artır. Muzeyin aşağıdakı nümayiş otaqları gələn qonaqların istifadəsinə verilmişdir: 1. Təbiət bölməsi 2.Qədim dövr. 3. Erkən orta əsrlər. 4. Yeni dövr.5. Ən yeni dövr. 6. Müasir dövr. Lənkəran Tarix-diyarşünaslıq muzeyi xalqımızın qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid həvəngdəstə, çəkiclər, sümükdən hazırlanmış bıçaqlar, tunc dövrünə aid silahlar və qadın bəzək əşyaları, VII-XII əsrlərə aid qoçfiqurlu qəbir daşları, heç vaxt rəngi solmayan boyalı saxsı qablar çox maraqlıdır. VIII-IX əsrlərə aid memarlıq abidəsi - Bəlləbur qalasının tikinti materialları nümunələri , qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur. Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyaları da orta əsrlərə aiddir. Muzey  2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir-bərpa olunmuşdur. Hazırda muzeyin binasında yeni ekspozisiyanın qurulması prosesinə start verilmişdir. 

 

Lənkəran şəhəri
Unvan:
Lənkəran şəhəri
Telefon:

87566

Email:

fgdyhiolk@gmail.com

Url:
http://region.mctgov.az/cms/?page=add&id=352&pid=25