İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general-mayoru Həzə Aslanovun ev muzeyi 09 may 1969-cu ildə qəhrəmanın yaşadığı evdə təşkil olunmuşdur. Muzeyin ilk direktoru H.Aslanovun həyat yoldaşı Aslanova Xavər İsrafil qızı olmuşdur. 1983-cü ildə H.Aslanovun büstünün açılışı ilə əlaqədar ev muzeyinin ekspozissiyası 35 mv. m. dən 114,2 mv.m. qədər genişləndirilmişdir. Hazırda muzeydə 5 ekspozisiya zalı fəaliyyət göstərir. 1.Etnoqrafik otaq, burada qəhrəmanın anadan olduğu və boya başa çatdığı mühit əks olunur. 2.Bu otaq qəhrəmanın hərbi məktəbdə keçirdiyi illərə və ağ finlərlə olan müharibədə iştirakına həsr edilmişdir. 3.Bu otaq Moskva və Stalinqrad döyüşlərinə həsr edilir. 4.Bu otaq Pribaltika və Belorus uğrunda gedən döyüşləri əks edir. 5.Xatirə zalı, burada hədiyyələr və ge neralın şəxsi paltarları nümayiş etdirilir. fondu və kolleksiyası barədə (ümumi məlumat) – Muzeyin binası bir mərtəbəli açıq eyvanlı həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi vardır. Muzey eksponatlarının ümumi sayı 2101 ədəddir. eksponatların sayı - eksponatların ümumi sayı 2101 ədəd onlardan əsas fond 320 ədəd, köməkçi fond 1781 ədəd. Maraqlı eksponatlardan xatirə əşyalarından qeneralın hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı, yorğança, süfrə, məişət əşyaları, 2 boşqab, fincan, üzqırxan tualet dəsti, bıçaq, qaşıq, stolüstü saat, hərbi çanta, çaynik, qəndqabı, yağqabı, 1 ədəd məktub, 2 ədəd teleqram və s. göstərmək olar. (Fotolar əlavə olunur). sahəsi – 114,2 kv.m.
987654675
hgjkgf@gmail.com