Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Lənkəran şəhər Heydər Əliyev Mərkəzi

Lənkəran şəhərində 2008- ci il tarixində 300 kv m sahəni əhatə edən Heydər Əliyev Muzeyi yaradılmışdır.Əsaslı təmir və yenidənqurmadan sonra muzey Heydər Əliyev Mərkəzi kimi fəaliyyətə başlamış,sahəsi 3000kv m -dir və acılışı 31 iyul 2012- ci ildə olmuşdur.
Heydər Əliyev Xatırə parkında yerləşən Mərkəzin memorial muzeyində Ulu Öndərin büstü qoyulmuşdur.
Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanmışdır. Burada Ulu Öndərin uşaqlıq, gənclik və tələbəlik illərinə, eləcədə dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərə, Prezidentlik dövrünə, Lənkəran səfərlərinə aid fotolar vardır. Muzeyin ekpozisiya zalında 16 sənəd və 3 rəsm əsəri yerləşdirilmişdir.
Muzeydə fotolardan ibarət aşağidaki 7 adda stend gələn qonaqların istifadəsinə verilmişdir:

1. Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmişdir. 2.Sovet dövründə yaranmış iqtisadi və mədəni potensial da bizim böyük sərvətimizdir 
3.Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
4.İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
5.Ordu ölkəmizin,dövlətimizin,millətimizin,müstəqilliyimizin dayag ıdır.
6. Lənkəranlılar dövlətçiliyimizin qorunması yolunda həmişə əllərindən gələni etmişlər.
7.Lənkəran gözəlləşib, abadlaşıb, tarixi diyardır, gözəl təbiəti vardır.

Mərkəzdə həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm studiyası, fotostudiya, şahmat otağı, VİP, tədqiqatçılar otağı, 220 nəfərlik akt zalı və 40 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılmışdır. Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur.
Mərkəzdə yaradılan tədqiqatçılar qrupunda Ümummilli Lider Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkəran səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanmışdır. Həmin səfərlər zamanı Ulu Öndər Heydər Əliyev ilə görüşən insanların xatirələri və səs yazıları burada toplanmış və ekspozisiyada nümayiş etdirilməyən fotolardan ibarət üç fotoalbom hazırlanmışdır.
Heydər Əliyev Mərkəzinin 2013-cü il üçün Ulu Öndərin irsinin təbliği , tədqiqi və yeniyetmə-gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı fəaliyyət proqramı vardır.
Bu fəaliyyət proqramına əsasən Mərkəzdə Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbirlər planı hazırlanmışdır. Mərkəzdə rayondakı dövlət qurumları və qeyri dövlət təşkilatları ilə birgə Ümummilli Liderin irsinin təbliği və tədqiqi ilə bağlı konfranslar, dəyirmi masalar, seminar-mühazirələr, sərgilər və mərkəzdən kənar səyyari tədbirlər həyata keçirilmişdir. Keçirilən bütün tədbirlər KİV-də o cümlədən Cənub Regional Televiziyasında yayımlanmışdır.

Lənkəran şəhəri
Unvan:
Lənkəran şəhəri
Telefon:

098765545

Fax:

35467897

Email:

sfghrtd@gmail.com

Url:
http://region.mctgov.az/cms/?page=add&id=352&pid=23