Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Q.Vəliyev adına Lənkəran şəhər mədəniyyət mərkəzi

Azərbaycan qeyri-maddi mədəni irs infrastrukturunun fəaliyyətinin yerlərdə optimallaşdırılması, sənət ustalarının, folklor ifaçılarının, kollektivlərin klub müəssisələrinə cəlb olunaraq xalq yaradıcılığının yerlərdə ünvanlı inkişafı məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən pilot layihə olaraq Lənkəran şəhərində və İsmayillı rayonunda mədəniyyət mərkəzlərinin yaradılamsına start verilmişdir. Nazirliyin 23 yanvar 2012-ci il 4 nömrəli Qərarına əsasən Qəni Vəliyev adına şəhər mədəniyyət evi mədəniyyət mərkəzinə çevirilmiş və şəhər, qəsəbə, kənd mədəniyyət evləri və klubları mədəniyyət mərkəzinin fililları hesab edilmişdir. 
Yuxarıda adı göstərilən qərara əsasən Mədəniyyət mərkəzinin yeni əsasnaməsi təsdiq edilmiş və bütün klub müəssisələri yenidən qeyri-maddi mədəni irs üzrə profilləşdirilərək sənətkarlıq, folklor, diyarşünaslıq, etnoqrafiya, yaradıcılıq profilləri üzrə fəaliyyət göstərməyə başlamışlar. Bununla əlaqədar olaraq klub müəssisələrində yeni profil üzrə dərnəklər təşkil olunmuşdur. Nəticədə Lənkəran klub sisteminin fəaliyyətində əsaslı dönüş yaranmış və artıq uzun illərdir ki, qismən fəaliyyət göstərən bu müəssisələr mövcüd imkanlar daxilində tam gücü ilə işləməyə başlamışlar. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Qeyri maddi-mədəni irs şöbəsinin əməkdaşları tərəfindən mədəniyyət mərkəzinin fəaliyyəti ilə bağlı monitorinq keçirilmiş və müsbət rəy verilmişdir. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 419 nömrəli əmrinə əsaasən 2012-ci ilin ikinci yarısında mədəniyyət mərkəzlərinin yaradılması respublikanın daha 10 rayonunda həyata keçirilməyə başlamışdır.

Lənkəran şəhəri
Telefon:

35467897