Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tabe Təşkilatlar test
|

Şəki Şəhər 2 saylı uşaq musiqi məktəbi

Şəki şəhər 2 saylı uşaq musiqi məktəbi 1971-ci ildən fəaliyyətə başlamışdır. Məktəbinin pedaqoji kollektivi şəhər və rayon ərazisindəki istedadlı uşaqları aşkara çıxarır, hər hansı bir musiqi alətində yaxşı ifaçılar yetişdirərək onların gələcəkdə orta ixtisas və ali musiqi məktəblərinə daxil olmaları üçün hazırlaşmalarında xüsusi fəallıq göstərirlər. Hal-hazırda məktəbimizin fortepiano, skripka, tar, kamança, klarnet, qarmon, nağara və səs muğam şöbələrində müxtəlif ixtisaslar üzrə 576 nəfər şagird musiqi təhsili alır. Şəki şəhər 2 saylı UMM 03.02.2013-cü il tarixdən Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq akt tərtib edilərək tədrisə yararsız hesab edilmiş və məktəb təxliyyə olunmuşdur. Məktəbin binası qəzalı vəziyyətdə olduğundan kontingent şəhərimizin müxtəlif yerlərində, o cümlədən Musiqi Kollecinin binasında, şəhər 18 saylı tam orta məktəbdə və uşaq incəsənət məktəbində tədrisi tam olaraq davam etdirir. Məktəbin yeni binasının tikintisinə yaxın günlərdə başlanılacağı nəzərdə tutulmuşdur.