M.F.Axundzadənin ev muzeyi onun dünyaya 1812-ci ildə göz açdığı M.F.Axundzadə küçəsi, 1 saylı ünvanda yerləşən binada 1940-cı ildə yaradılmışdır. Bu binanın 1800-cü ildə tikildiyi təxmin edilir. Sonralar M.F.Axundzadənin ev muzeyi genişləndirilmiş, onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilir. Beləliklə, M.F. Axundzadənin ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir. 2012-cildə müzeydə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əsaslı təmir və bərpa işləri aparılmışdır.
Muzeydə 350-yə yaxın eksponat nümayiş etdirilir.
Müzeyin direktoru: Xəlilova Ulduz Orxan qızı