Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Elan Test
|

“Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda çap olunub

11.07.2017 - 17.07.2017

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.   Tərcümə Mərkəzindən verilən məlumata görə, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.   Gürcüstanın "İntellekti" nəşriyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi isə görkəmli gürcü yazıçısı Quram Odişariyadır.   Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir.

Media fayllar